ÜST-dən MÜHÜM XƏBƏRDARLIQ:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Hindistan və Uqandada "Covishield" koronavirus peyvəndinin saxta dozalarının tapıldığını və ələ keçirildiyini söyləyib.

Metbuat.az xəbər verir ki, bu barədə BBC telekanalı məlumat yayıb. Xəbərə görə, peyvənd istehsalçısı "Serum India Institute", dərmanların saxta olduğunu təsdiqləyib. Təşkilat, saxta peyvəndlərin gətirə biləcəyi ciddi zərərlə bağlı xəbərdarlıq edib. ÜST-dən edilən açıqlamada qeyd edilir ki, "bu cür halların qarşısını almaq üçün güclü sistemə" baxmayaraq, təşkilat heç bir vətəndaşın saxta peyvənd almadığına zəmanət verə bilməz. İki ölkə rəsmiləri vəziyyətlə bağlı hələ rəsmi açıqlama verməyiblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR