Dünya yeni mühacir böhranı ilə qarşı-qarşıyadır. Böhranın ünvanı isə Avropanın “qapısı” hesab edilən Belarus-Polşa sərhədidir.

Metbuat.az xəbər verir ki, Avropanın təzyiqləri ilə üzləşən Belarus, “mühacir həmləsi”ni edib. İddialara görə, Minsk qaçqınları zorla Polşa sərhədinə gətirərək, Avropaya getməsini tələb edib. Mühacirlərin ölkəyə daxil olmasının qarşısını almağa çalışan Polşa isə sərhədə əlavə hərbi qüvvələr cəlb edib.

Beləliklə, qaçqınlar nə irəli gedə bilir, nə də geri qayıda bilir. Avropa Birliyi, Litva, Latviya və Polşa qanunsuz əməllərə yol verən Belarusun bu siyasətini “təcavüz” adlandırıb.