Putin HAMININ QARŞISINDA AÇIQLADI:

Rusiya prezidenti Vladimir Putin qurucusu olduğu Vahid Rusiya partiyasının toplantısında Əfqanıstandakı vəziyyətlə bağlı diqqətçəkən açıqlamalar verib.

Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, Rusiya bölgəyə ordu göndərmək niyyətində deyil. SSRİ dövründə rus hərbçilərin Əfqanıstanda olmasından nəticə çıxardıqlarını deyən Putin, hadisələrin bu ölkənin daxili işi olduğunu ifadə edib.

“Bilirsiniz, Əfqanıstan çətin dönəm yaşayır. Bu vəziyyəti yaxından izləyirik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrlə təmasdayıq. Əlbəttə, Əfqanıstanın daxili işlərinə qarışmayacağıq. Hər kəsin hər kəslə döyüşdüyü bir vaxtda əsgərlərimizi oraya göndərməyəcəyik” - deyə Putin qeyd edib.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR