Müddəti Talibanın sözləri deyil əməlləri təyin edəcək.

Metbuat.az xəbər verir ki, bu açıqlamanı Türkiyə Cumhuriyyətinin prezidenti Rəcəp Təyyip Ərdoğan deyib. Prezident bildirib ki, hazırda Əfqanıstanda çətin vəziyyətdə qalan vətəndaşların təxliyəsi uğurla davam etdirilir.

"Hələlik Taliban liderlərinin mesajlarına ehtiyatlı nikbin yanaşırıq. Taliban hərəkatının hərəkətləri və addımları Əfqanıstanda növbəti prosesin formasını təyin edəcək, onların sözləri deyil. Beynəlxalq ictimaiyyətin Əfqanıstanla bağlı atacağı addımlar böyük əhəmiyyət kəsb edir. Bu gün milyonlarla əfqanıstanlıın əsas ərzaq təchizatına ehtiyacı var. Hakimiyyətdə kim olmasından asılı olmayaraq, beynəlxalq birliyin Əfqanıstana bu çətin vəziyyətdə kömək etməsi vacibdir".

Ərdoğan qeyd edib ki, hazırda müxtəlif statuslu 5 milyondan çox sığınacaq axtaran qaçqına Türkiyəyə ev sahibliyi edə bilməyəcəkdir. Çünki Türkiyə əlavə miqrasiya yükünə dözə bilməz.

"Hazırda ölkəmizdə qeydiyyatdan keçmiş və qeydiyyatsız 300 min əfqan mühacir var. Ölkəmizin qərb sərhədlərində yeni dramların qarşısını almaq üçün miqrasiya təzyiqlərini azaltmaq vacibdir".

Gülbəniz Hüseynli / Metbuat.az