ABŞ, 26 avqust Cümə axşamı günü Kabul Hava Limanı yaxınlığında baş verən terror hücumunu öhdəsinə götürən "DEASH/Xorasan" qruplaşmasına qarşı Əfqanıstanda hava hücumu təşkil edib.
Metbuat.az xəbər verir ki, ABŞ Mərkəzi Qüvvələrinin (CENTCOM) sözçüsü polkovnik Bill Urban, yazılı açıqlamasında, "ABŞ hərbi qüvvələri "DEAŞ/Xorasan" liderinə qarşı üfüqdə bir terror əleyhinə əməliyyat keçirdi" deyə açıqlama verib.
Sözügedən əməliyyatın Əfqanıstanın Nangahar əyalətində pilotsuz uçuş aparatı ilə həyata keçirildiyinə işarə edən Urban, "İlkin təyinatlara görə, hədəfi öldürdük. Sivil itkilərin olmadığını bilirik" deyib.
Qeyd edək ki, cümə axşamı, təxliyə əməliyyatlarının davam etdiyi Kabulun Həmid Kərzai Beynəlxalq Hava Limanı yaxınlığında intihar hücumu edilmişdi. Hadisə nəticəsində 13 ABŞ əsgəri və 170 -dən çox Əfqan mülki şəhid olmuşdu. "DAEŞ/Xorasan" hücuma görə məsuliyyəti öz üzərinə götürdwkdən sonra, ABŞ Prezidenti Co Bayden bu hücuma cavab verəcəyini açıqlayıb.
Gülbəniz Hüseynli / Metbuat.az