Müsəlman ölkəsində onlarla kişi qadına HÜCUM ETDİ:

Pakistanda dünyanın diqqətini çəkən dəhşətli bir hadisə yaşanıb.

Metbuat.az xəbər verir ki, "TikTok" videosu çəkərkən onlarla kişi tərəfindən cinsi istismara məruz qalan qadının hadisəsi ilə əlaqədar olaraq ölkənin gündəmində olan yüzlərlə şübhəli polis tərəfindən yaxalanıb. Dəhşətli hadisə avqustun 14-də baş verib. İngilis Daily Mail qəzetinin xəbərinə görə, parkda video çəkən gənc qadını yüzlərlə kişi mühasirəyə alıb. Burada, TikTok videosu çəkən bədbəxt qadının izdiham tərəfindən cinsi təcavüzə məruz qaldığı və pul tələb edildiyi açıqlanıb. Hadisə ilə əlaqədar olaraq səhlənkarlıq iddiası ilə iki polis işçisinin işdən uzaqlaşdırıldığı da təsdiqlənib. Hadisə ilə əlaqədar yerli bir qəzetə danışan bədbəxt qadın, "çılpaq qaldım, paltarımı cırdılar" deyib. Sözügedən hadisədən sonra ölkə daxilində bir çox etiraz nümayişləri keçirildi, qadın hüquqları təşkilatları isə günahkarların tutularaq ən yüksək cəzaya məhkum edilməsini istəyib. Rəsmi açıqlamaya görə, indiyə qədər 66 şübhəli dindirilmək üçün saxlanılıb.

Qeyd edək ki, Pakistan, 2019-cu ildə "Thomson Reuters" fondunun araşdırmasında qadınlar üçün dünyanın ən təhlükəli altıncı ölkəsi seçilib.





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR