Haaqada Xocalı abidəsi ziyarət edildi

Niderlandda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Komitə əməkdaşları Haaqa şəhərinin "Yeni İkendinen" məzarlığında Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Metbuat.az xəbər verir ki, bu barədə Komitə məlumat yayıb.

Mərasimdə Komitə əməkdaşları ilə bərabər Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının üzvləri iştirak ediblər. Ziyarətçilər körpəsini erməni qəsbkarlarından qorumaq üçün başının üzərinə qaldıran ananın təsvir olunduğu Xocalı abidəsinin önünə gül dəstələri düzüb və soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Hollanda-Azərbaycan Türk Kültür Dərnəyinin üzvü Yasin Zeynallı çıxış edərək xatırladıb ki, təmsil etdiyi təşkilatın sədri İlhan Aşkın başda olmaqla Hollanda-Azərbaycan Türk Kültür Dərnəyinin təşəbbüsü ilə 24 fevral 2008-ci ildə burada abidə ucaldılıb.

2020-ci ildə isə çoxsaylı ziyarətçilərin eyni anda bu məkanda toplaşmasının qeyri-mümkün olduğu nəzərə alınıb və abidə daha geniş əraziyə köçürülüb. Bildirib ki, soydaşlarımız heç bir zaman erməni terrorçularının xalqımızın başına gətirdiyi fəlakətləri, o cümlədən Xocalı soyqırımını unutmayacaqlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR