“Ölkəni hazırki idarəetmə sistemi ilə idarə etmək mümkün deyil”.
Metbuat.az xəbər verir ki, İraq prezidenti Bərham Salihi belə açıqlama verib. O bildirib ki, oktyabr ayında keçiriləcək növbədənkənar seçkilər ölkə üçün dönüş nöqtəsi ola bilər. Dövlət başçısı konstitusiyanın da dəyişdirilməsinin vacibliyindən danışıb.
Dövlət başçısının sözlərinə görə, indiyə qədər toplanıb qalan problemləri seçkilərin nəticəsi ilə dəyişmək olar.