ABŞ Əfqanıstanda hərbi fəaliyyətini tamamlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ ordusundan açıqlama verilib. Bildirilib ki, sonuncu qrup da Kabildən təxliyə edilib. Təxliyə prosesi 20 gün davam edib.

Qeyd edək ki, ABŞ ordusu Əfqanıstanda mövcud olduğu 20 il ərzində ümumilikdə 2461 itki verib. 20 mindən çox əsgər yaralanıb.

Anar Türkeş / Metbuat.az