“ABŞ rəsmi Kiyevdən istifadə edərək Qara Dənizdə öz mövqelərini möhkəmləndirmək niyyətindədir”.

Bu açıqlamanı Metbuat.az-a politoloq Teymur Qasımlı bildirib. Onun sözlərinə görə, rəsmi ABŞ Kiyevin bundan öncəki hökumətlərinə indiki qədər açıq dəstək verməklə yanaşı, isti münasibət də göstərmirdi. Bayden həmişə ukraynalılar və Ukrayna hakimiyyətini Krım məsələsində dəstəkləyib və prezident seçilməsindən sonra bu daha da yaxın siyasi münasibətə çevrilib. Teymur Qasımlı bildirdi ki, elə Zelenskinin və Ukraynaya xüsusi rəğbəti olan Baydenin hakimiyyətə gəlməsindən sonra ABŞ Ukrayna münasibətlərində çiçəklənmə başladı. Bəs Zelenskini Baydenin dəstəkləməsinin əsl tərəfi nədir? Politoloq bildirdi ki, bu ABŞ-ın birmənalı olaraq Qara dənizdə hakim olmağa çalışması ilə bağlıdır.

Əfqanıstandan çıxan ABŞ, gücünü hara yönəldəcək?

“Bunun üçün ABŞ Ukrayna ilə yanaşı Qara Dəniz ölkələri ilə münasibətlərini genişləndirərək Rusiyanı oradan sıxışdırmağa çalışır. ABŞ Müdafiə Nazirliyi ilə Ukrayna Müdafiə Nazirliyi arasında Rusiyanın Ukraynaya qarşı təcavüzünün qarşısının alması üçün imzalanan birgə strateji saziş də bununla bağlıdır. ABŞ, 2026-cı il hədəfini ortaya qoymaqla ilk öncə Ukrayna ordusunu NATO standartlarına uyğun islahatlar çərçivəsində gücləndirməyə çalışır. Bununla yanaşı ABŞ Ukraynanın daxili siyasətinə qismən də olsa təsir göstərməkdədir.

Hesab edirəm əgər bu saziş çərçivəsində ABŞ Ukrayna əməkdaşlığı uğurla davam etdirilsə və ordu kifayət qədər gücləndirilsə, Ukrayna hədəf göstərilən dönəmdə Donbas və Luqansk ərazilərində hərbi əməliyyatlar apara bilər”.

Əfqanıstandan çıxan ABŞ, gücünü hara yönəldəcək?

Teymur Qasımlı vurğuladı ki, Ukraynanın bu kimi xüsusi hazırlığı Rusiyanı da boş dayandırmayacaq. Bundan əlavə Rusiya ABŞ-a qarşı provokativ addım olaraq Qara Dəniz ətrafında gərginliklərin fitilini alovlandırmağa başlayacaq. Politoloq xüsusilə vurğuladı ki, bu kimi gərginlik rusmeyilli tərəflərin əli ilə Ukraynanın daxilində də istisna edilmir.

Əfqanıstandan çıxan ABŞ, gücünü hara yönəldəcək?

“ABŞ-ın Ukraynanın ərazi bütövlüyünün bərpasında nə dərəcə sadiq tərəfdaş olacağına toxunan siyasi şərhçi bunun bir məqsəd çərçivəsində olduğunu vurğulayıb: “ABŞ-ın hər zaman regionda gözü olub və öz məqsədlərinə çatmaq üçün özünə müvəqqəti tərəfdaş seçir. Ukrayna 2026 il hədəfinə görə hərbi əməliyyatlara başlayacağı təqdirdə ABŞ Rusiya ilə pərdə arxasında görüşlər də həyata keçirə bilər. Əgər ABŞ Rusiyadan istədiyini alarsa, Ukrayna ilə olan münasibətləri ikinci plana keçə bilər”.

Gülbəniz Hüseynli / Metbuat.az