Böyük Britaniya “Taliban” hakimiyyətini tanımayacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Xarici İşlər naziri Dominik Raab açıqlama verib. O bildirib ki, London “Taliban” hakimiyyətini tanımasa da, onlarla əlaqə qurmaq niyyətindədir. Diplomat hesab edir ki, bütün dövlətlər Əfqanıstandakı dəyişikliyə anlayışla yanaşmalıdır.

Onun sözlərinə görə, Kabildəki beynəlxalq hava limanının işlədilməsi məsələsi “Taliban” üçün testdir.