“Kabildəki hava limanının işlədilməsi barədə “Taliban”ın və digər ölkələrin bizə təklifləri var”.
Metbuat.az xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu belə açıqlama verib. O bildirib ki, Ankara təkliflərə cavab verməyə tələsmir.
Diplomatın sözlərinə görə, hazırda əsas məsələ Əfqanıstanda sabitliyin bərpa olunması və hökumətin qurulmasıdır.