Ömer Çelikdən “Taliban”la da danışıqlar barədə -

“Əfqanıstandakı vəziyyəti çox yaxından izləyirik. Yeddi dəfəyə 1409 vətəndaşımız təxliyyə olunmuşdu. Vətəndaşlarımızı təxliyyəsini həyata keçirən hər kəsə təşəkkür edirik”.

Metbuat.az xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik mətbuata açıqlamasında deyib.

O bildirib ki, Türkiyə Silahlı Qüvvələri altı il hava limanının təhlükəsizliyini təmin edib:

“Bu keçid dönəmində diplomatik təşəbbüslərimiz var. Faktiki güc olan “Taliban”la da danışıqlar davam edir. Qadın hüquqları məsələsində keçmişdəkilər olmamalıdır.

Ümid edirik ki, Əfqanıstan bütün terror təşkilatlarından təmizlənər, əfqan xalqının çəkdiyi əzablar sona çatar”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR