Əfqanıstanın Pəncşir vilayəti ətrafında “Taliban”la müqavimət döyüşçüləri arasında toqquşma davam edir.

Metbuat.az xəbər verir ki, döyüşlərlə bağlı bölgədən fərqli xəbərlər gəlir. “Taliban” irəlilədiyini irəli sürsə də, müqavimət döyüşçüləri təkzib edir. Məlumata görə, döyüşlər zamanı “Taliban” çox sayda itki verib. Müqavimət döyüşçüləri də iki komandanını itirib.

Qeyd edək ki, Pəncşir “Taliban”a tabe olmayan tək vilayətdir.