Əfqanıstanda “Taliban”a tabe olmayan Pəncşir vilayəti qruplaşmanın nəzarətinə keçib.

Metbuat.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. Məlumata görə, Kabildə taliblər havaya atəş açaraq qələbələrini qeyd ediblər.

Lakin bəzi mənbələr yazır ki, “Taliban” Pəncşir vilayətinin təkcə Faryam rayonunu ələ keçirib. Bu, bölgənin ən böyük və strateji rayonudur.