Əfqanıstanın paytaxtı Kabildə, qadınların etiraz aksiyası keçiriblər.

Metbuat.az xəbər verir ki, Taliban bərabərlik tələbi ilə Kabil küçələrinə çıxan əfqan qadınların hərəkətlərini dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edərək havaya atəş açıb .

Etirazlara iştirakçıların gələcəyinin qeyri-müəyyənliyi səbəb olub. Xüsusən də qadınlar təhsil imkanları, eləcə də məşğulluq problemlərindən narahatdırlar. Hərəkatın tərəfdarları fəallardan biri Nargis Sadatı döyüblər. Qeyd edək ki, aksiya prezident sarayının yaxınlığındakı meydanda baş verib.