Pəncşirdə “Taliban”ın 600 üzvü öldürüldü

Əfqanıstanın Pəncşir vilayətinə sığınan müqavimət qüvvələri “Taliban” hərəkarının 600 üzvünü öldürüb.

Metbuat.az xəbər verir ki, bu barədə müqavimət qüvvələrinin nümayəndəsi Fahim Daşti özünün tvitter hesabında məlumat verib.

O qeyd edib ki, “Taliban”ın 1 000-dən çox silahlısı ələ keçirilib və ya tərksilah edilib.

Xatırladaq ki, Pəncşir Əfqanıstanda “Taliban” hərəkatının nəzarət etmədiyi yeganə bölgədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR