Əfqanıstanın Pəncşir vilayətinə sığınan müqavimət qüvvələrinin lideri Əhməd Şah Məsud “Taliban” hərəkatı ilə danışıqlara hazır olduğunu bildirib.

Metbuat.az xəbər verir ki, bu barədə Məsud özünün “Facebook” səhifəsində yazıb.

O din alimlərinin döyüşləri dayandırmaq təklifini alqışlayıb.

“Müqavimət qüvvələri prinsipcə mövcud problemləri həll etməyə, döyüşlərə dərhal son qoymağa və danışıqları davam etdirməyə razıdır”, - deyə Məsud qeyd edib.

Bundan əvvəl Əfqanıstan mətbuatı bildirmişdi ki, din xadimləri döyüşlərə son qoymaq üçün müqavimət qüvvələri ilə “Taliban”ı danışıqlara çağırmışdı.