"Taliban", Əfqanıstanın Pəncşir əyalətini tamamilə ələ keçirdiklərini açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə məlumatı "Taliban" hərəkatının rəsmi nümayəndəsi Zabiullah Mücahid öz tvitter hesabında açıqlayıb.

O deyib ki, Pəncşir vilayəti tam olaraq İslam əmirliyinin nəzarəti altına keçib. Açıqlamasında Zabiullah Mücahid qeyd edib ki, üsyançıların bir qismi məğlub olub qaçıb.

"Biz Pəncşir sakinlərinin azadlıqlarını məhdudlaşdırmayacayıq" Zabiullah Mücahid belə deyib.

Qeyd edək ki, uzun illər SSRİ-yə ardınca isə "Taliban"a qarşı mübarizə aparan vilayəti, "Pəncşir vadisinin döyüşçüləri" adlı dəstə müdafiə edirdi.