Əfqanıstanda yaxın günlərdə qurulması gözlənilən yeni hökumət müvəqqəti ola bilər.

Metbuat.az xəbər verir ki, bu barədə “Taliban”ın sözçüsü Zabihullah Mücahid açıqlama verib. O bildirib ki, yeni hökumətin qurulması üçün yekun qərarlar qəbul edilib. Hazırda bəzi texniki məsələlərin həlli davam edir.

Mücahidin sözlərinə görə, texniki məsələlər həll ediləndən dərhal sonra yeni hökumətin tərkibi və quruluşu açıqlanacaq.