“Taliban”ın idarəetməni ələ keçirdiyi Əfqanıstanda bu gündən bəzi təhsil mərkəzlərində dərslər bərpa olunub.
Metbuat.az xəbər verir ki, bu gündən Kabildəki İbn-i Sina universitetində də dərslər başlayıb. “Taliban”ın hakimiyyəti dövründə təhsilin hansı formada olacağı maraqla gözlənilirdi. Məlumata görə, qadınlar başı bağlı olub. Qızlarla kişilər arasında pərdə çəkilib. “Taliban” bəyan edib ki, dini qaydalara riayət etmək şərti ilə dərslər davam etdirilə bilər.