“Taliban” Türkiyə və Rusiya nümayəndələri ilə Kabildə toplantı həyata keçirib.
Metbuat.az xəbər verir ki, bu barədə “Taliban”ın beynəlxalq media üzrə sözçüsü Suheyl Şaheen yazılı açıqlamasında belə deyib. O bildirib ki, danışıqlar zamanı Kabil hava limanı ilə yanaşı Əfqanıstandakı vəziyyətlə bağlı müzakirələr aparılıb.
Həmçinin, ikili münasibətlər nəzərdən keçirilib.