““Taliban”ın quracağı yeni hökumət bütün etnik qrupları əhatə edərsə, Rusiya hökumətin qurulması mərasiminə qatılacaq”.
Metbuat.az xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov belə açıqlama verib. O bildirib ki, Rusiya yeni hökumətin qurulması barədə prosesə dəstək vermək istəyir. Lavrov bəyan edib ki, yalnız bütün etnik qrupları əhatə edən hökumət Əfqanıstanda yeni mərhələyə keçidə şərait yaradacaq.
“Əgər bu olarsa, digər dəvətli ölkələrlə bilrikdə mərasimə məmuniyyətlə qatılacağıq” - deyə Lavrob qeyd edib.