Əfqanıstanın paytaxtı Kabildə aksiya təşkil edilib.
Metbuat.az xəbər verir ki, onlar Pakistanı ölkənin daxili işlərinə qarışmaqda ittiham ediblər. Lakin “Taliban” dinc aksiyanı dağıtmaq üçün güc tətbiq edib. Nümayişçiləri dağıtmaq üçün havaya atəş açılıb. Atəş səsləri 10 dəqiqə davam edib.
Ardınca etirazçılar uzaqlaşıb. Silahlılar hadisəni lentə alan yerli televiziyanın kamera qeydlərini ələ keçirib.