Qətər Əfqanıstana humanitar yardımlar göndərir.

Metbuat.az xəbər verir ki, Qətərdən havaya qalxan artıq 3-cü təyyarə Kabilə enib. Məlumata görə, Əfqanıstana qida və tibbi ləvazimatlar göndərilir. Onların ümumi çəkisi 68 tondur.

Qeyd edək ki, Qətər və Türkiyə Kabil hava limanının işlədilməsi ilə bağlı “Taliban”la danışıqlar aparır.