Əfqanıstanda qida və gündəlik tələbat məhsulları tükənmək üzrədir.

Metbuat.az xəbər verir ki, bu barədə BMT-nin yayımladığı xəbərdarlıqda deyilir. Bildirilir ki, ölkəyə köməklik edilməsə humanitar çətinlik yaşanacaq. Açıqlamaya görə, bu ilin sonuna qədər Əfqanıstanda böhranın qarşısını almaq üçün 606 milyon dollara ehtiyac var.

BMT bu barədə lazımi ünvanlara müraciət edib.