"Taliban" sərhədləri bağladı: Qaçqın axını azaldı

“Taliban” Əfqanıstandan çıxışları bağlayıb.

Metbuat.az xəbər verir ki, bununla da, əfqanların xarici ölkələrə axını önəmli dərəcədə azalıb. Türkiyə mənbələrinin məlumatına görə, bu addım Türkiyəyə gələn əfqan qaçqınlarının sayını da ciddi şəkildə azaldıb. Bildirilir ki, əfqanların xaricə gedə bilməməsi ölkədə humanitar böhran təhlükəsi yaradıb.

18 milyon əfqanın humanitar yardıma ehtiyacı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR