“Çin Əfqanıstanda “Taliban”ın qurduğu müvəqqəti hökumətlə dialoqu davam etdirəcək”.

Metbuat.az xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Vinbin belə açıqlama verib. O bildirib ki, Əfqanıstanda hökumətin qurulması vacib addım idi. Sözçü deyib:

“Ümid edirik ki, Əfqanıstanda səlahiyyətlilər bütün etnik qrupları əhatə edən insanların tələblərini dinləyəcək və beynəlxalq ictimaiyyətin gözləntilərini yerinə yetirəcək”.