Əfqanıstanın iri şəhərlərində təmizlik işləri başlayıb.

Metbuat.az xəbər verir ki, “Taliban” üzvləri küçələri təmizləməyə başlayıb. Məlumata görə, dağılan binalar təmir edilir, küçələr bərpa edilir. Bildirilir ki, iqtisadi çətinliyə və işçilərin işə çıxamaması səbəbilə küçələrdəki məişət tullantıları atılmayıb.

“Taliban” üzvləri könüllü olaraq təmizlik etmək qərarına gəliblər.