Britaniya əks -kəşfiyyat rəhbəri:

İngilis əks-kəşfiyyat və ya MI5 təhlükəsizliyinin rəhbəri "Ken McCallum", Taliban hakimiyyətə gəldikdən sonra ABŞ-da 11 sentyabr hadisələri kimi hücumların təkrar olma ehtimalının olduğunu söyləyib.

Metbuat.az xəbər verir ki, O, bunu BBC radiostansiyasının efirində bildirib. "McCallum", "Əfqanıstandakı problemlər terrorçuların 11 sentyabrda kimi yenidən böyük terror aktı törətməsinə ilham verir" deyib. Əks kəşfiyyat rəisi, İngiltərənin ABŞ-dan fərqli olaraq 11 sentyabr hücumları ilə müqayisədə indi daha çox təhlükəsiz olduğu sualına isə cavabında son dörd ildə 31 terrorçu sui-qəsdinin qarşısı alındığını xatırladıb.

"2006-cı ildən bəri, "London Heathrow Hava Limanı"ndan yola düşən yeddi təyyarəni partlatmaq üçün terrorçuların planının qarşısı alınsa da bu kimi təhlükəli hadisələr hər zaman mümkündür. Əks-kəşfiyyat son 20 ildə minlərlə insanın həyatını xilas edib. Amma terror təhdidi, təəssüf ki, real və davamlı bir şeydir" "McCallum" belə deyib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR