“Taliban” Əfqanıstanda Əl-Qaidə terror təşkilatının lideri Ayman əz-Zəvahiriyə sığınacaq verib.

Metbuat.az xəbər verir ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri postunda işləmiş Maykl Morrell belə diqqətçəkən iddia səsləndirib. Əz-Zəvahirinin Əfqanıstanda yaşadığı ilə bağlı BMT-nin yayımladığı hesabatlara diqqət çəkən Morell bildirib ki, “Taliban”ın” əz-Zəvahiriyə sığınacaq verdiyinə dair ciddi məlumatlar var.

Morell hesab edir ki, ABŞ-n Əfqanıstandakı məğlubiyyəti dünyada cihadçıları ruhlandırıb.