“Talibanın” Əfqanıstanı ələ keçirməsindən sonra bu ölkəyə ilk sərnişin təyyarəsi enib.
Metbuat.az xəbər verir ki, Pakistandan havaya qalxan təyyarə təhlükəsiz şəkildə Kabildəki beynəlxaql hava limanına enib.
Məlumata görə, çarter reysi ilə uçan təyyarədə əsasən jurnalistlər olub. İslamabada geri qayıdanda isə laynerdə Dünya Bankının əməkdaşları, jurnalistlər və ölkədən ayrılmaq istəyən 80 mülki şəxs olub.