Qətər və Türkiyə Kabil hava limanında birgə işlər görüb -

Qətər və Türkiyə Kabil hava limanında texniki problemləri aradan qaldırmaq üçün birgə işlər görüb.

Metbuat.az xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyindən açıqlama verilib. Bildirilib ki, hazırda Kabil hava limanında təhlükəsizliyin təmin olunması barədə “Taliban”la danışıqlar gedir.

Açıqlamaya görə, Qətərin Əfqanıstan barədə addımlar atması “Taliban”ın addımlarından asılı olacaq. Qətər hökuməti ümid edir ki, “Taliban” verdiyi vədlərə əməl edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR