Türkiyə Xəzərdə "fırtına qopardı" -

"Xəzər Konvensiyasına görə Xəzər dənizinini digər açıq dənizlərə şamil olunan BMT-nin Dəniz hüququna dair 1982-ci il Konvensiyası və ya transsərhəd qonşuların münasibətləri zamanı istifadə edilən prinsiplər şamil oluna bilinməyəcəyi xüsusi hüquqi statusa malik qapalı su hövzəsi statusunu alıb. Konvensiya çərçivəsində imzalanmış sənədlərdə təhlükəszilik riskləri və aspektləri nəzərə alınmaqla üzv ölkələrin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində, Xəzər dənizində insidentlərin qarşısının alınması istiqamətində səlahiyyət, məsuliyyət və öhdəlikləri müəyyənləşdirilib. Konvensiya ölkələrə təhlükəsizlik risklərinin aradan qaldırılması istiqamətində öz ərazi sularında müttəfiqləri ilə təlim keçməyi qadağan etmir".

Bu açıqlamanı Metbuat.az-a politoloq Yeganə Hacıyeva "Azərbaycanın öz ərazi sularında strateji və hərbi müttəfiqi ilə təlim keçməsi Xəzər Konvensiyana zidd sayla bilərmi?" sualını cavablandırarkən bildirib. İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadənin keçirdiyi brifinqdə Azərbaycan və Türkiyənin Xəzər dənizində birgə hərbi manevrlər keçirməsinin Xəzəryanı dövlətlərin ümumi razılığını pozduğu ilə bağlı açıqlamasına münasibət bildirən politoloq deyir ki, Konvensiya çərçivəsində sahilyanı ölkələrin Xəzərdəki hərbi mövcudluğu və mükəlləfiyyətinin tənzimlənməsi mexanizmləri hələ işlənməyib.


Sitat: Təlimlər Azərbaycanın su sərhədlərinin pozulması, nəqliyyat vasitələrinin Xəzər dənizindən dünya okeanına sərbəst çıxış-girişi və ya əks istiqamətdə sərbəst hərəkətliliyi və sualtı boru kəmərlərinin təhlükəsizliyinə yönəlmiş mexanizmlərin işlənməsi üçün vacibdir. Əlbəttə, Azərbaycanın suveren və müstəsna hüququ olan öz ərazi sularında strateji və hərbi müttəfiqi ilə bu təlimi keçməsinin İranı narahat etməsinin diğər əsasları var. İran həmişə Xəzər dənizinin Azərbaycan hissəsində beynəlxalq hüququn müddəalarının pozulması ilə müşaət edilən addımlar atıb. Suveren ərazimiz olan Qarabağa qanunsuz daşımalar edən İran həm də Xəzərin dibi və təkində sərhədlərimizi pozur- sitatın sonu.

Yeganə Hacıyeva onu da qeyd etdi ki, İran “Xəzərin dibinin və təkinin bölünməsi üçün yekun xətlərin cızılması, təyin edilməsi metodunun müəyyənləşdirən mexanizmlər”in hələ işlənmədiyi bəhanəsini qabardaraq dənizin təki və dibində başqa ölkələrin ərazisinə soxulur. Amma başqaları dənizin üstündə hərbi təlim keçirincə sahilyanı dövlətlərin Xəzərdəki hərbi mövcudluğu və mükəlləfiyyətinin tənzimlənməsi mexanizmləri işlənmədiyini faktını unudur.

Gülbəniz Hüseynli /Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR