Özbəkistana qaçan əfqan əsgərlər 3-cü ölkəyə getdilər

“Taliban”ın Əfqanıstanı ələ keçirməsindən sonra Özbəkistana qaçan əfqan əsgərlər 3-cü ölkəyə gedib.

Metbuat.az xəbər verir ki, bu barədə Özbəkistanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, son iki gün ərzində bütün əfqanlar ölkəni tərk edib. Lakin onların hansı ölkəyə getdiyi açıqlanmayıb.

Qeyd edək ki, “Taliban” Kabili ələ keçirəndən sonra yüzlərlə əfqan hərbçi Özbəkistana keçmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR