G20-lərin Əfqanıstan üzrə görüşünün vaxtı

Sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Əfqanıstandakı vəziyyətlə bağlı "Böyük iyirmilik" (G20) ölkələrinin toplantısı planlaşdırılır.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, hazırda görüşün formatı üzərində iş aparılır.

Qeyd edək ki, "Böyük iyirmilik" ölkələri qrupuna daxil olan dövlətlərin Əfqanıstanda baş verənlərlə bağlı sammitinin keçirilməsi təşəbbüsü ilə İtaliyanın Baş naziri Mario Draqi çıxış edib. O, bu təşəbbüsü avqustun 19-da, “Taliban” Əfqanıstanın paytaxtı Kabili ələ keçirdikdən 4 gün sonra irəli sürüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR