Azərbaycanda iki polis narkotikə görə həbs edilib? -

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Quba rayon ərazisində narkotik maddə plantasiyası aşkar ediblər.

Əməliyyat zamanı iki polis əməkdaşının saxlanıldığı iddia edilib. Bildirilib ki, narkotik maddələri əkib becərən Quba Rayon Polis Şöbəsinin əməkdaşları - Sadiq Pənahov və Samir Abdulmanafov həbs ediliblər.

DİN-in mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov Metbuat.az-a açıqlamasında bildirib ki, yayılan məlumatlar düzgün deyil:

"Bəzi xəbər saytlarında Qubada narkotiklərlə mübarizə tədbirləri ilə əlaqədar keçirilən əməliyyat tədbiri zamanı iki nəfər polis əməkdaşının həbs edilməsi barədə yayılan məlumatlar əsassızdır və həqiqəti əks etdirmir.

Qeyd edim ki, həmin yazıda adı çəkilən şəxslər bir müddət əvvəl öz istəklərinə əsasən daxili işlər orqanlarından tərxis olunublar".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR