"Taliban" təlimlərə başladı -

Əfqanıstanda “Taliban” üzvləri xoşagəlməz hadisələrə qarşı hazırlıqlı olmaq üçün təlimlər keçirib.

Metbuat.az xəbər verir ki, silahlılar Pyanc çayında məşqlər ediblər. Təlim zamanı onlar qayıq və ya gəmidən deyil su velosipedindən istifadə edib. Təlimlər zamanı ağır silahlar da nümayiş olunub.

Məşq zamanı onlar su velosipedləri ilə sürətli şəkildə bir sahildən digər sahilə keçməyə cəhd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR