Əfqanıstan dünya ilə əlaqəni bərpa edir - "Taliban" sözçüsüdən açıqlama

“Kabildəki hava limanında beynəlxalq uçuşlar tezliklə bərpa ediləcək”.

Metbuat.az xəbər verir ki, “Taliban” sözçüsü Zabihullah Mücahid belə açıqlama verib. O bildirib ki, beynəlxalq uçuşların başlaması üçün işlər görülüb. “Taliban” sözçüsü qeyd edib ki, daxili uçuşlar bərpa olunub. Beynəlxalq uçuşların gecikməsinə səbəb ABŞ Kabildən çıxarkən radar sisteminə zərər verməsidir.

Qeyd edək ki, Türkiyə və Qətərdən olan mütəxəssislər hava limanının fəaliyyətinin tam bərpa olunması üçün texniki işləri davam etdirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR