"İran prezidenti İbrahim Rəisinin BMT-də nüvə danışıqları ilə bağlı çıxışı və bu istiqamətdə verdiyi açıqlamalar Vaşinqton və Tehran arasında nüvə danışıqlarının bərpa edilməsinə hesablanıb".
Metbuat.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə bildirərək qeyd edib ki, eks-prezident Həsən Ruhanin başlatdığı və hazırda danışıqların dayanması ilə nəticələnən prosesdə yeni adminstrasiyanın nə qədər səmimi olacağı şübhə doğurur. Çünki, hakmiyyətdə mühafizakar hərbiçilərdi.

"İndiki hakimiyyətin Qərbə qarşı siyasəti mənfi çalarlar üzərində qurulub. İranın ağır sosial-iqtisadi problemləri Tehranı ABŞ-la danışıqlara sövq edir. Amma, Vaşinqtonun daha da ağır şərtlərlə buna razılaşacağı və şərtlərinin İran tərəfindən qəbul ediləcəyi mümkün görünmür. Qeyd edim ki, ABŞ İngiltərə və Avstraliya ilə yeni bir beynəlxalq koalisiya qurur. Bu, beynəlxalq müstəvidə yeni bir siyasi nizamın formalaşmasına gətirib çıxaracaq".
Politoloq fikirlərinə əlavə olaraq bildirdi ki, bu birliyə qeyri-rəsmi İsrailində daxil olması gözlənilir. Amma İsrailin də İranla nüvə danışıqlarının müsbət nəticələnmqsinə əngəl olacağı mümkündür.
"Bu nöqteyi nəzərdən artıq İranın Vaşinqton cəlbediciliyini arxa plana keçirir. Həmçinin Əfqanıstanda Talibanın hakmiyyətə gəlməsi Vaşinqtonun İranla dialoq yolu ilə deyil, sərt dillə danışacağı mümkündür. Ümumiyyətlə İranın hazırkı siyasəti Rusiya və Çinlə üst-üstə düşür və Vaşinqtona görə Tehran iki ölkə ilə münasibətləri pisləşdirməyəcək. Ona görə də nüvə danışıqlarının perspektivli olacağı gözlənilmir. İranın daxili sosial vəziyyətinin ağır olması, nüvə danışıqlarının baş tutmaması regionda ümumi təhlükəsizliyə xidmət edir".