Avropa Parlamentinin deputatı bu ölkəni qlobal problem adlandırdı

Avropa Parlamentinin deputatı Mik Uolles ABŞ-ı qlobal problem adlandırıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Uolles Avropa İttifaqına ABŞ Prezidenti Co Baydenin “yeni amansız diplomatiya” ilə bağlı açıqlamaları fonunda Rusiya, Amerika və Çinlə münasibətlərə yenidən baxmasını təklif edib.

“ABŞ silahlı qüvvələrinin xüsusi təyinatlıları hər il 130-dan çox ölkədə qanunsuz fəaliyyətlər həyata keçirirlər. ABŞ artıq neçə ildir beynəlxalq hüquqa hörmət qoymur. Ancaq Aİ isə iddia edir ki, Çin və Rusiya problemdir”.

Qeyd edək ki, daha əvvəl Co Bayden BMT Baş Assambleyasında çıxış edərək ABŞ və NATO qoşunlarının Əfqanıstandan çıxarılmasının "sonsuz müharibələr dövrünün" bitdiyini və “amansız diplomatiya dövrünün" başlanğıcı olduğunu bildirmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR