Pakistan Azərbaycana quru yolla yükdaşımalara başladı

Pakistanın "National Logistics Cell" logistika şirkəti Azərbaycan və Türkiyəyə avtomobil nəqliyyatı ilə yükdaşımalara başlayıb.

Metbuat.az xəbər verir ki, bunu ölkənin baş nazirinin ticarət və investisiyalar üzrə müşaviri Abdul Razak Davud bildirib.

O bildirib Onun sözlərinə görə, bu cür buraxılışlar özəl şirkətlərə veriləcək.

Müşavirin sözlərinə görə, ilkin mərhələdə yüklər Pakistandan Türkiyə, Azərbaycan və Türkmənistana daşınacaq. Gələcəkdə daşımaların Mərkəzi Asiya ölkələrinədək genişləndirilməsi planlaşdırlır. / Axar.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR