Hindistanda minlərlə fermer aksiya keçirir.
Metbuat.az xəbər verir ki, paytaxt Yeni Dehliyə toplaşan fermerlər yeni kənd təsərrüfatı qanunlarına etiraz edirlər. Onlar hesab edir ki, yeni qanun onların kənd təsərrüfatı sahələrini təhlükə altında saxlayacaq. Etirazçılar qanunun böyük şirkətlərin maraqlarına xidmət etdiyini irəli sürüblər.
Aksiyalara görə, polis yolları bağlayıb. Etirazçıların bölgəyə gəlişinin qaşrısını alınır.