Əfqanıstanda narkotik maddələrin qiymətində kəskin artım baş verib.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, “Taliban”ın hakimiyyətə qayıdışından sonra Əfqanıstanda narkotik vasitələrin qiyməti ötən aylarla nisbətən bahalaşıb. Heroin istehsalında əsas xammal kimi istifadə edilən, tiryəkin bir kiloqramı 44 dollardan 146 dollara qədər bahalaşıb.
Qeyd olunur ki, bahalaşma ciddi qıtlığa səbəb olacaqdır. Buna səbəb “Taliban”nın ölkədə çətənə becərilməsini qadağan etməyə hazırlaşması da ola bilər.
Məlumata görə, “Taliban” narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə aparmaq üçün Rusiyanın köməyindən istifadə edəcək.