Öz ölüm tarixini düzgün bilən Nostradamusun dünyanın sonu ilə bağlı proqnozu üzə çıxıb.
Metbuat.az azxeber.com-a istinadən xəbər verir ki, dünya şöhrətli Nostradamus 10 may tarixində dünyanın sonunun gələciyini söyləyibmiş. Ancaq bu 10 mayın hansı ildə olduğu bilinmir.
Onu da qeyd edək ki, heç bir xəstəliyi olmadan fransız astroloq Nostradamus "səhər öləcəm" deyərək öz ölüm tarixini də dəqiq bilmişdi. Nostradamus bəzi digər hadisələrə də tarix verib. O, bəşəriyyətin sonunun 10 mayda gələcəyini söyləyib. Üçüncü Dünya Müharibəsinin başlayacağını və bu savaşın digər iki müharibədən daha böyük itkilərə səbəb olacağını bildirib.
Bundan əlavə, Üçüncü Dünya Müharibəsi ən az 25 il davam edəcəyini bildirib. Nostradamus, xüsusilə, ABŞ-ın Yellowstone Parkında vulkanların püskürəcəyini də iddia edibmiş.