Oktyabrın 12-də G20-nin təcili sammiti keçiriləcək.

Metbuat.az "TASS"a isitnadən xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Mario Dragi mətbuat konfransında bildirib. NATO missiyası çərçivəsində xarici qoşunların Əfqanıstandan çıxarılmasından sonra ölkədəki vəziyyəti müzakirə etmək üçün təcili sammitin keçirilməsi təşəbbüsü İtaliyaya aiddir. Roma problemin həllinə Rusiya, Çin və Türkiyəni cəlb etməkdə israrlıdır.