"Sosial məğlubiyyət" modeli -

Tokio Elm Universitetində yeni bir araşdırma aparılıb.

Metbuat.az xəbər verir ki, "Sosial məğlubiyyət" modelinin izahını vermək istəyən alimlər iki siçanı bir qəfəsdə saxlayıblar. Bundan sonra isə otağa bir siçan da buraxılıb. Məqsəd otağa buraxılan əlavə siçanın həmin iki siçanın hərəkətlərinə verdiyi reaksiyanı müşahidə etmək olub. Bununla da alimlər insanların depressiyaya düşmə yollarında yenilik sübut ediblər.

Araşdırmalar göstərir ki, qəfəsdəki iki siçan dalaşdıqca onları izləyən üçüncü siçan zəif siçana baxaraq depressiyanın simptomlarını özündə büruzə verib.

Aparıcı müəllif qeyd edib ki, insanlar sadəcə stress yaşadığı zaman depressiyaya düşmürlər, eyni zamanda başqalarının həyatı da buna təsir edə bilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR