İrandan Azərbaycana qarşı NÖVBƏTİ ADDIM -

Azərbaycanın torpaq bütövlüyünü hədəf alan hər bir ölkə Azərbaycanın yalnız olmadığnı Türkiyənin hər bir şəraitdə Azərbaycanın yanında olduğunu bilməlidir”.

Bu açıqlamanı Metbuat.az-a özəl olaraq Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz edib. General bu fikirləri sabahdan etibarən İran Silahlı Qüvvələrinin Quru Qoşunlarının ölkənin şimal-qərb bölgəsində keçirəcəyi hərbi təlimlərə xitabən söyləyib. Yücel Karauz deyir ki, Azərbaycanın güclənməsi, İkinci Qarabağ savaşından sonra işğal altında olan torpaqlarını azad etməsi İranı ciddi narahat etməkdədir.

“Əvvəlcə Türkiyə prezidenti Rəcəp Təyyib Ərdoğanın Zəfər paradında səsləndirdiyi bir şeiri durğun dənizdə tufana çevirən İran, indi də uzun müddətdən sonra hərbi təlimlərini Azərbaycan-İran sərhədində keçirməyə başlayıb. “Fatihan Xeybər” adlı təlimlərdə zirehli texnika, pilotsuz uçuş aparatları, helikopterlərdən istifadə olunacaq. Bu təlimlər İranın şimal-qərb bölgəsi Ərdəbil, Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Zəncan əyalətlərini əhatə edəcək. Qeyd edim ki, İran Azərbaycana qarşı soyuq münasibətlər bəsləyərək, birinci Qarabağ savaşından 2020-ci ilə qədər Ermənistana həm maddi həm mənəvi dəstəyi göstərmişdir. İkinci Qarabağ savaşında da İran Ermənistana silah yardımı edərək, müharibədə köməklik göstərmişdir. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri arasında 10 noyabr bəyannaməsi imzalandıqdan sonra da İran, nüfuzlu generallarını Ermənistana göndərərək, onlara hər bir yardımı göstərəcəkərini vurğulamışdır.Görünən odur ki, İranla Ermənistanın dostluğu onun Azərbaycanla olan münasibətlərindən daha vacibdir".

General vurğuladı ki, dəfələrlə Azərbaycan diplomatik yollarla İrana bu addımlarından geri çəkilməyə çağırsa da, bu davranışlar davamlı olmuşdur. Yücel Karauz deyir ki, artıq dünya 1800-cü illərdə, Gülüstan və Türkmənçay müqaviləsinin imzalandığı dünya deyildir. 21-ci əsrdə yeni statusqaydalar əsasında İranın Azərbaycana qarşı yürütmüş olduğu siyasət dəyişməlidir.

“Əgər bu davranışlarından vaz keçib Azərbaycanla diplomatik yollarla torpaq bütövlüyünü tanımasa İran, Azərbaycanın yalnız olmadığını Türkiyənin hər zaman arxasında olduğunu unutmamalıdır. Qeyd edim ki, bir neçə gün sonra Fizuli hava limanının açılışında iştirak etmək üçün Azərbaycana gələcək Türkiyə prezidenti Rəcəp Təyyib Ərdoğanın bu səfəri də İrana bir mesajdır. Belə bir atalar məsəli var. Düyü almaq üçün əl-ayağa düşən evdəki bulqurdan da məhrum ola bilər. İranın Azərbaycana qarşı kəskin addımları ona evindəki, əlindəki “bulquru” itirməsinə səbəb ola bilər.Yəqin ki, İran yaxşı ölçüb-biçdikdən sonra bu addımı atacaqdır”.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR