Avropanın ən hündür zirvəsi olan Monblanın hündürlüyü 1 metr azalıb.
Metbuat.az xəbər verir ki, 4 il əvvəl dağın hündürlüyü 4808 metr idi. Hazırda isə bu göstərici 1 metr azdır. Bildirilir ki, buna səbəb dağdakı buz kütlələrinin əriməsidir. Elm adamları bildirir ki, dağın zirvəsindəki buz kütləsi 2001-ci ildən bəri davamlı olaraq əriyir.
Bunun qlobal istiləşmə ilə əlaqəsinin olduğu bildirilir.