“Trendyol” ilə bağlı YENİ QƏRAR:

Türkiyədə “Trendyol” elektron ticarət şəbəkəsi ilə bağlı yoxlamalara başlanılıb.

Metbuat.az olke.az-a istinadən xəbər verir ki, ölkənin rəqabət qurumu rəqabət qanun vericiliyinin müvafiq maddələrinin pozulub-pozulmaması ilə bağlı araşdırma aparılması ilə bağlı qərar qəbul edib.

İlkin araşdırma prosesində alqoritmlər və məlumat sistemlərindəki məlumatların yerində araşdırılması nəticəsində “Trendyol”un üçüncü tərəf satıcılarının satışına vasitəçilik etməklə yanaşı “TrendyolMilla”, “TrendyolMan” və “TrendyolKids” kimi öz markalarının satışına ədalətsiz üstünlük verdiyi və ayrı seçkilik yaratdığı müəyyən edilib.

Bu çərçivədə, “Trendyol”un alqoritmlər və kodlaşdırma vasitəsi ilə edilən müdaxilələr də daxil olmaqla, öz məhsullarına üstünlük vermək, satıcılar arasında ayrı-seçkilik etmək, bazar fəaliyyətlərindən əldə etdiyi məlumatları öz markalarının xeyrinə paylaşmaq və istifadə etməkdən çəkinməsi üçün lazım olan bütün növ texnikalar və bu qərarların yoxlanılmasını təmin etmək üçün inzibati və təşkilati tədbirlərin görülməsi qərarı verildi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR